Goridə avtomobil piyadanı vurub
Gori şəhərində, Quramişvili küçəsində avtomobil piyadanı vurub. Hadisə dünən baş verib.
XEBER.GE xeber verir ki, məlumata görə, xəsarət alan kişi təcili tibbi yardım maşını ilə klinikaya çatdırılıb.
Faktla bağlı araşdırma Gürcüstan Cinayət Məcəlləsinin 276-cı maddəsinin 2-ci hissəsi (nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən hərəkət təhlükəsizliyi və ya istismar qaydalarının pozulması, səhiyyəyə az ağır zərər vurulması) ilə aparılır.