Miqrasiya Departamentinin əməkdaşları 31 əcnəbi vətəndaşı Gürcüstandan çıxarıb

Jun 2, 2025 - 11:03
 0  15
Miqrasiya Departamentinin əməkdaşları 31 əcnəbi vətəndaşı Gürcüstandan çıxarıb

Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamenti və Nazirliyin müvafiq qurumlarının koordinasiyası ilə son günlərdə keçirilən kompleks tədbirlər nəticəsində Gürcüstandan 31 əcnəbi vətəndaş çıxarılıb.

Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, Gürcüstandan çıxarılan şəxslər İran, Hindistan, Türkiyə, Türkmənistan, Çin, Misir, Burundi, Qazaxıstan, İordaniya, Azərbaycan, Banqladeş, Pakistan və İraq vətəndaşlarıdır – ümumilikdə 31 nəfər.

Nazirlik qeyd edir ki, mövcud qanunvericiliyə uyğun olaraq, çıxarılan şəxslərin ölkəyə girişinə qadağa qoyulub.

“Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamenti ölkə daxilində qanunsuz miqrasiyaya qarşı mübarizəyə cavabdeh orqandır. Onun əsas səlahiyyətlərindən biri isə hüquqi əsas olmadan Gürcüstanda qalan əcnəbi vətəndaşların aşkarlanması və ölkədən çıxarılmasının həyata keçirilməsidir”, – deyə məlumatda qeyd olunur.

mənbə: interpress