Gürcüstan Rusiya ilə diplomatik münasibətləri bərpa edir?

Jan 8, 2025 - 15:51
 0  93
Gürcüstan Rusiya ilə diplomatik münasibətləri bərpa edir?

Gürcüstanın Moskvaya münasibəti rəsmi Tbilisinin nöqteyi-nəzərindən Abxaziya və Cənubi Osetiya problemlərinin həll olunmaması ilə müəyyənləşəcək.

Bu barədə İMEMO RAS-ın hesabatında deyilir.

“Hakim elitanın hansı siyasi oriyentasiyaya riayət etməsindən asılı olmayaraq, Gürcüstan Moskva ilə diplomatik dialoq qurmayacaq və diplomatik münasibətlərin bərpasına razı olmayacaq”, - ekspertlər qeyd edirlər.

Onlar həmçinin hesab edirlər ki, Gürcüstanın Aİ-yə daxil olması ilə bağlı yaxın gələcəkdə danışıqlar aparılmayacaq, çünki Avropa İttifaqı Tbilisinin siyasətindən narazıdır.

mənbə: publika