Avtomobil və mopedin toqquşması bir nəfərin ölümü ilə nəticələndi
Tbilisinin Tsintsadze küçəsində baş vermiş yol-nəqliyyat hadisəsi faciə ilə nəticələnib.
Avtomobil və moped toqquşub, nəticədə mopedin sürücüsü hadisə yerində həyatını itirib.
Gürcüstan Daxili İşlər Nazirliyindən verilən məlumata əsasən, faktla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 276-cı maddəsi ilə başlanıb. Maddə nəqliyyat vasitələrinin hərəkət təhlükəsizliyi və istismar qaydalarının pozulmasını nəzərdə tutur.
mənbə: interpress