Avtomagistralda avtomobil yandı

Aug 2, 2025 - 22:09
 0  52
Avtomagistralda avtomobil yandı

Avtomagistralda, Muxrani rayon, Ağayan kəndi yaxınlığında avtomobil yanıb.

IHadisə şahidlərinin sözlərinə görə, ərazidə partlayış səsləri eşidilib və dərhal sonra maşın alovlanıb.

İlkin məlumata əsasən, insident nəticəsində bir nəfər xəsarət alıb.

Gürcüstan Daxili İşlər Nazirliyi bildirib ki, faktla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 276-cı maddəsi ilə başlanıb. Bu maddə nəqliyyat vasitələrinin hərəkət təhlükəsizliyi və istismar qaydalarının pozulmasını nəzərdə tutur.

mənbə: interpress