Lisi gölü yaxınlığında baş verən hadisə ilə bağlı Nika Melia cərimələnib

Nov 11, 2025 - 13:03
 0  13
Lisi gölü yaxınlığında baş verən hadisə ilə bağlı Nika Melia cərimələnib

Hakim Tornike Koçxianinin qərarına əsasən, Lisi gölü yaxınlığında inzibati qaydada saxlanılma işi üzrə Nika Melia 5 000 lari cərimə ödəməlidir.

Nika Melia 29 mayda Lisi gölü yaxınlığında saxlanılmışdı. Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, o, polisə qarşı təhqiramiz ifadələr işlədib.

İnzibati qaydada saxlanıldığı günün ertəsi — 30 mayda, “Tsulukiani komissiyası” işi üzrə məhkəmə iclası təyin olunmuşdu. Həmin iclasda, Melia girov məbləğini ödəmədiyinə görə, barəsindəki girov qərarının həbs qətimkan tədbiri ilə əvəzlənməsi nəzərdə tutulurdu. Melia iclasa qatılmağı planlaşdırmırdı, lakin inzibati qaydada saxlanıldıqdan sonra o, 30 mayda məhkəməyə gətirildi və girov qərarı həbs cəzası ilə əvəz olundu.


Nika Melianın vəkili Qiorqi Kondaxişvilinin sözlərinə görə, iclasda şahid qismində dindirilən polisləri Melia tanımayıb və onların həqiqətən onun saxlanmasında iştirak edib-etmədiyini müəyyənləşdirə bilməyib. Vəkilin dediyinə görə, siyasətçinin saxlanılmasında 50-yə yaxın polis əməkdaşı iştirak edib.

Kondaxişvili bildirib ki, polislərin ifadəsinə əsasən, Nika Melia Veredə “kiməsə maşından orta barmaq göstərib və ‘mona’ (qul) deyib”, onlar bunu özlərinə təhqir kimi qəbul ediblər, bu barədə patrul polisinə məlumat veriblər və nəticədə Melia Lisi gölü yaxınlığında saxlanılıb.

Məhkəmə iclasında Nika Melia bir daha Lisi gölü yaxınlığında baş verən saxlanılma şəraitini xatırladıb:

“Ertəsi gün Tsulukiani komissiyasına getmədiyim üçün girov müddəti başa çatırdı. Səhər burada — bu binada məhkəmə prosesim var idi. Açıq şəkildə bəyan etmişdim ki, oraya getməyəcəyəm. Rejim düşündü ki, bəlkə Melia yenidən öz ofisinə qapanar və əməliyyat keçirməyə ehtiyac yaranar... Buna görə də belə qərara gəldilər ki, elə bu güncə onu tutaq, Lisi gölü ərazisində əməliyyat keçirək. 20-50 polis var idi... Səhər saat 9-da, elə-belə də zindana gedəcəkdim, amma televiziyaya gedərkən guya kmisiə təhqir etmişəm, mənə hücum etdilər və məni apardılar,” – deyə Nika Melia bildirib.

“Tsulukiani komissiyası” işi üzrə Nika Melia 8 aylıq həbs cəzası alıb. Məhkəmə ayrıca olaraq onun hakimə su atması ilə bağlı işi də araşdırır. Bundan əlavə, Prokurorluq Nika Melia barəsində “sabotaj işi” üzrə də ittiham irəli sürüb.

mənbə: marneulifm