Gürcüstanın turizm gəlirləri 13% azalıb
"Sakstat" yazır ki, 2026-cı ilin ikinci rübündə ötən ilin müvafiq dövrü ilə müqayisədə həm gələnlərin sayı, həm də turizmdən əldə olunan gəlirlər azalıb.
XEBER.GE xəbər verir ki,Dövlət statistika qurumunun məlumatına görə, 2026-cı ilin II rübündə beynəlxalq ziyarətçilərin sayı 1,3 milyon nəfər təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 5,2% azdır. Qonaqların 81,5%-i yalnız turist, 14,8%-i yalnız ekskursant, 3,8%-i isə həm turist, həm də ekskursant olub.
II rübdə ən çox ziyarətçi Rusiyadan (380 min), Türkiyədən (287 min) və Ermənistandan (199,6 min) qeydə alınıb. Səfərlər zamanı gecələmələrin orta sayı 5,48 gecə təşkil edib ki, bu da 2025-ci ilin II rübündə qeydə alınan göstəricidən (5,3 gecə) 3,5% çoxdur. Həyata keçirilən səfərlərin 82%-i təkrar səfərlər olub.
Ən məşhur istiqamətlər kimi paytaxt və Qara dəniz sahili qalmaqdadır. Səfərlərin böyük hissəsi Tbilisi (36,9%) və Acariya Muxtar Respublikasının (26,2%) payına düşüb.
2026-cı ilin ikinci rübündə xarici ziyarətçilərin etdiyi ümumi xərc 3,0 milyard lari təşkil edib ki, bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə 13,3% azdır. Bir səfər üzrə orta xərc 1,922.1 lari təşkil edib ki, bu da 9,2%-lik azalma deməkdir.
Ölkədə gecələmələrin orta sayına gəldikdə isə, bu göstərici 5,30-dan 5,48 gecəyə qədər artmışdır. Səfərlərin 81,8%-i təkrar xarakter daşıyır.