"Sarpi" gömrüyündə külli miqdarda qızıl keçirməyə çalışan şəxs saxlanılıb

Jul 30, 2026 - 12:07
 0  7
"Sarpi" gömrüyündə külli miqdarda qızıl keçirməyə çalışan şəxs saxlanılıb

Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidmətinin əməkdaşları, Gəlirlər Xidmətinin Gömrük Departamenti ilə birlikdə və Gürcüstan Baş Prokurorluğu ilə koordinasiyada həyata keçirilmiş əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində gömrük sərhədindən xüsusilə külli miqdarda malın keçirilməsi qaydalarının pozulması faktı üzrə bir nəfəri saxlayıblar.

XEBER.GE xəbər verir ki,qurumun bildirdiyinə görə, əməliyyat məlumatı əsasında keçirilən tədbir nəticəsində məlum olub ki, Gürcüstan vətəndaşı idarə etdiyi avtomobillə "Sarpi" gömrük-keçid məntəqəsindən müxtəlif əşyalarda gizlədilmiş 1 215,52 qram qızıl zərgərlik məmulatını gizli yolla keçirib. Bu malların gömrük dəyəri 246 857 lari təşkil edir.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 214-cü maddəsinin 2-ci hissəsi ilə aparılır. Bu maddə cəza olaraq 5 ildən 7 ilədək müddətə azadlıqdan məhrumetməni nəzərdə tutur.