İnterpolla axtarışda olan xarici ölkə vətəndaşı Batumidə saxlanılıb

Sep 5, 2026 - 12:25
 0  6
İnterpolla axtarışda olan xarici ölkə vətəndaşı Batumidə saxlanılıb
: :
playing

Daxili İşlər Nazirliyinin əməkdaşları İnterpolun qırmızı bülleteni ilə axtarışda olan xarici ölkə vətəndaşını saxlayıblar

XEBER.GE xeber  verir ki, DİN-in məlumatına görə, saxlanılan şəxs Yunanıstan hüquq-mühafizə orqanlarının müraciəti əsasında xüsusilə külli miqdarda pul vəsaitini dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunaraq axtarışda idi.

Hüquq-mühafizə orqanlarının əməkdaşları axtarışda olan şəxsi Batumidə saxlayıblar.

Hazırda saxlanılan şəxs barəsində qanunla müəyyən edilmiş ekstradisiya prosedurları həyata keçirilir.