Narkotiklərlə bağlı əməliyyat - iki nəfər saxlanılıb

Aug 3, 2025 - 12:56
 0  27
Narkotiklərlə bağlı əməliyyat - iki nəfər saxlanılıb

Daxili İşlər Nazirliyinin Mərkəzi Cinayət Polis İdarəsinin Narkotiklərin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları həyata keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində iki nəfəri – 1986-cı il təvəllüdlü Gürcüstan vətəndaşı G.Q.-nu və 1962-ci il təvəllüdlü Rusiya Federasiyası vətəndaşı E.V.-ni saxlayıblar.

Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb. 

Onlar böyük və xüsusilə böyük miqdarda narkotik vasitələrin qanunsuz əldə edilməsi, saxlanılması, satışına kömək edilməsi və narkotik tərkibli bitkilərin qanunsuz əkilməsi ilə ittiham olunurlar.

İstintaq çərçivəsində saxlanılan şəxslərin yaşayış evlərində və onlardan birinə məxsus anbar sahəsində aparılan axtarışlar zamanı müxtəlif növ narkotik vasitələr – “metadon”, qurudulmuş marixuana, tetrahidrokannabinol tərkibli maddə və kanabis bitkiləri aşkarlanaraq maddi sübut kimi götürülüb. Bundan əlavə, narkotik vasitələrin becərilməsi üçün istifadə olunan müxtəlif avadanlıq və materiallar da ələ keçirilib.

Cinayət işi üzrə istintaq Gürcüstan Cinayət Məcəlləsinin 260-cı, 260-cı kvart və 265-ci prima maddələri ilə aparılır. Bu maddələr üzrə nəzərdə tutulan cəza 20 ilə qədər və ya ömürlük azadlıqdan məhrumetmədir.

mənbə: interpress