Aİ-nin 25 üzv ölkəsi Gürcüstan diplomatları üçün vizasız rejimin dayandırılmasını dəstəkləyib
Avropa İttifaqının (Aİ) əksər ölkələri Gürcüstanın diplomatik pasport sahibləri üçün vizasız rejimin dayandırılmasını dəstəkləyib.
Bu barədə “Azadlıq Radiosu”nun Avropa bürosunun redaktoru Rikard Yozviak "X" hesabında məlumat yayıb.
Qərar 25 səs lehinə, 2 səs əleyhinə olmaqla qəbul edilib. Qərara qarşı olan ölkələr Macarıstan və Slovakiya olub.
Martın əvvəlində qüvvəyə minəcək qərarla Gürcüstan diplomatları Aİ ölkələrinə vizasız səfər hüququndan məhrum ediləcəklər.
Qeyd edək ki, Gürcüstan və Aİ arasında vizasız gediş-gəliş rejimi 2017-ci ilin martından qüvvədədir. Aİ-nin 10-dan çox ölkəsi ötən il Gürcüstanın diplomatik və xidməti pasport sahibləri üçün vizasız rejimi aradan qaldırıb.