Tbilisidə soyğunçuluq: İki nəfər saxlanılıb

Oct 7, 2026 - 11:59
Oct 7, 2026 - 12:02
 0  13
Tbilisidə  soyğunçuluq: İki nəfər saxlanılıb

Tbilisidə mənzilə qanunsuz daxil olmaqla törədilən oğurluq və quldurluq əməllərində şübhəli bilinən iki nəfər saxlanılıb.

XEBER.GE xeber  verir ki, bu barədə DİN məlumat yayıb.

İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxslərdən biri gecə saatlarında Tbilisidə ev sahiblərinin olduğu mənzilə qanunsuz olaraq daxil olub və 33 400 lari dəyərində qızıl-zinət əşyalarını ələ keçirib. O, mənzildə olan şəxslər tərəfindən görüldükdən sonra hadisə yerindən qaçıb. İkinci saxlanılan şəxs isə paytaxtdakı yaşayış evlərinin birindən məişət əşyaları oğurlayıb.

Hüquq-mühafizə orqanları oğurlanan əşyaların bir hissəsini maddi sübut kimi götürüblər. Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin oğurluq və soyğunçuluğu nəzərdə tutan 177-ci və 178-ci maddələri ilə istintaq aparılır. Bu cinayətlər 11 ilə qədər azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.