Qızılhacılıda kişi güllələnib

Sep 22, 2025 - 19:39
 0  94
Qızılhacılıda kişi güllələnib
: :
playing

Sentyabrın 21-də, gecə saatlarında Marneuli bələdiyyəsinin Qızılhacılı kəndində bir nəfər güllələnib.

“Marneuli” radiosunun məlumatına görə, kişiyə odlu silahdan atəş açılıb. Etibarlı mənbənin verdiyi məlumata əsasən, xəsarət alan şəxs hadisəni törədən şəxs tərəfindən tibb müəssisəsinə aparılıb.

Hazırda yaralı Marneuli “Aversi” klinikasında müalicə alır.

Daxili İşlər Nazirliyindən “Marneuli” radiosuna verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 117-ci 

maddəsinin 1-ci hissəsi ilə araşdırma aparılır. Həmin maddə sağlamlığa qəsdən ağır zərər vurmanı nəzərdə tutur.

mənbə: marneulifm.ge