Almaniyada qətl törətməkdə şübhəli bilinən Gürcüstan vətəndaşı saxlanılıb
Almaniyanın Bremen şəhərində 40 yaşlı kişini qətlə yetirməkdə şübhəli bilinən Gürcüstan vətəndaşı saxlanılıb.
Bu barədə Almaniya mətbuatı məlumat yayıb.
Məlumata görə, saxlanılan 28 yaşlı şəxsdir və o, ölən şəxsin yaxın çevrəsindəndir.
Qətl sentyabr ayında baş verib və hakim ötən cümə günü şübhəli şəxs barəsində həbs qərarı verib.
Hadisə ilə bağlı istintaq davam edir.