Əcnəbi qadını zorlayan şəxs saxlanılıb

Tbilisidə polis əməkdaşları zorlamada təqsirləndirilən bir şəxsi saxlayıb.
Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin yaydığı məlumatda bildirilib.
Məlumata görə, saxlanılan şəxs — 1999-cu il təvəllüdlü, əvvəllər məhkum olunmuş və hazırda şərti cəza ilə azadlıqda olan D.X.-dir.
İstintaq müəyyən edib ki, D.X. Tbilisidə 1997-ci il təvəllüdlü əcnəbi vətəndaş A.B.-yə qarşı fiziki zor tətbiq edib və zorakılıq yolu ilə onunla cinsi əlaqəyə girib. Hadisədən sonra o, ərazidən qaçıb.
Zərərçəkmiş qadın aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilib və ona tibbi yardım göstərilib.
Keçirilən əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində D.X. qısa müddət ərzində saxlanılıb.
Faktla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 137-ci maddəsi ilə – zorlama – üzrə aparılır. Bu maddə 8 ilə qədər azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.
mənbə: interpress