Prokurorluq episkopun qəsdən öldürülməsinə cəhd iddiası ilə bağlı istintaqa başladı

Jun 8, 2025 - 20:01
 0  23
Prokurorluq episkopun qəsdən öldürülməsinə cəhd iddiası ilə bağlı istintaqa başladı

Gürcüstan Prokurorluğu Marneuli və Hucabi episkopu, Georgi Camdelianinin onun qəsdən öldürülməsinə cəhdlə bağlı verdiyi açıqlamalar əsasında istintaq başladıb.

Bu barədə Prokurorluq açıqlama yayıb. 

Rəsmi məlumata görə, istintaq Gürcüstan Cinayət Məcəlləsinin 18,108-ci maddəsi ilə – qəsdən adam öldürməyə hazırlıq faktı üzrə aparılır.

“İstintaq çərçivəsində bütün zəruri istintaq və prosessual tədbirlər həyata keçiriləcək”, – deyə Prokurorluğun yaydığı məlumatda bildirilir.

Qeyd edək ki, episkop Georgi Camdeliani liturgiyadan sonra etdiyi çıxışda bildirib ki, ölkənin hazırkı hakimiyyətində təmsil olunan şəxs onu aradan qaldırmaq məqsədilə episkopluqda xidmət edən bir monax qadını ələ alıb. Onun sözlərinə görə, bu şəxs təhlükəsizlik orqanlarının əməkdaşıdır və monax qadın vasitəsilə onu zəhərləməyi planlaşdırırmış.

mənbə: interpress