Gürcü arzusunun qulları – Zurabişvili təhqir etdi
Gürcüstanda Qara bazar ertəsi.
Bu sözləri Gürcüstan Prezidenti Salome Zurabişvili sosial şəbəkə hesabında yazıb.
“Polis və xüsusi təyinatlılar “Gürcü arzusunun qulları”nın Konstitusiyamızı öldürdüyü və parlamentimizi ələ saldığı qapıları qoruyur”, - o bildirib.
Qeyd edək ki, bu gün Gürcüstan parlamenti seçkilərdən sonra ilk iclasını keçirib. Seçkinin nəticəsini tanımayan və iclasa qatılmayan müxalifət isə parlament binası önündə ötən gündən aksiyaya başlayıb.
mənbə: axar