“Məni zəhərləmək istəyirdilər"

Jun 8, 2025 - 15:35
 0  20
“Məni zəhərləmək istəyirdilər"

Marneuli və Hucabis yepiskopu Qiorqi Camdeliani bildirib ki, hazırda hakimiyyətdə olan bir hökumət üzvü, təhlükəsizlik xidmətinin əməkdaşı, onun monax qadın vasitəsilə zəhərlənməsini planlaşdırırdı.

Episkop bu barədə ibadətdən sonra verdiyi vəzində danışıb. Onun sözlərinə görə, söhbət etdiyi şəxs yüksək vəzifəli təhlükəsizlik orqanı əməkdaşıdır və onun vasitəsilə monax qadın bir il ərzində episkopun iqamətgahından şəxsi məlumatları ötürürdü.

“Çox təəssüf ki, mənimlə bir süfrədə oturan, dost və qardaş bildiyim adam mənim fiziki məhvimə hazırlaşırmış. Bu şəxs bir il ərzində iqamətgahımda yaşayan monax qadını "verbovka" (Cəsus) etmişdi. Bu qadın oradan bütün məlumatları ötürürdü. Düzdür, mənim gizlədiləsi heç nəyim yoxdur, amma axı etiraflar var, şəxsi söhbətlər var”, – deyə episkop bildirib.

Onun sözlərinə görə, monax qadın şantaj edilirdi və ona deyirdilər ki, ya yeməyə zəhər qat, ya da biz sənə bir maddə verəcəyik, əlinə sürt və o insan bir saatdan sonra ölər.

Episkop əlavə edib ki, həmin şəxs – hökumət üzvü – artıq bölgəni tərk edib və onun təhlükəsizlik qüvvələrinin müşayiətilə qaçdığını bildirib.

“Sakitəm, çünki yepiskop olaraq yüksək səbir borcum var. Amma artıq hər şey gözləniləndir. Əgər hökumət bu şəxsdən açıq şəkildə imtina etməsə, mənim üçün daha bir çox şey aydın olacaq”, – deyə episkop Georgi vurğulayıb.

mənbə: interpress