Ozurgetidə miniven çəpərə çırpıldı, 16 yaşlı qız həyatını itirdi

Aug 27, 2026 - 12:05
 0  8
Ozurgetidə miniven çəpərə çırpıldı, 16 yaşlı qız həyatını itirdi

Ozurgetidə, Şemoqmedidə baş verən yol-nəqliyyat hadisəsi nəticəsində bir azyaşlı həlak olub.

XEBER.GE xeber  verir ki, bu barədə məlumatı guria.tv yayır.

Medianın bildirdiyinə görə, Qomiyə doğru hərəkət edən miniven yağışlı yolda sürüşərək çəpərə çırpılıb. Məlum olur ki, avtomobili azyaşlı idarə edirmiş. Avtomobildə 5 yeniyetmə olub.

Azyaşlı qız Ozurgetinin "Medalfa" klinikasına aparıldıqdan bir saat sonra vəfat edib. Onun aldığı xəsarətlər həyatla bir araya sığmayan olub.

Avtomobildə olan digər şəxslərin vəziyyəti sabitdir. Onlar yüngül xəsarətlər alıblar və onlara müvafiq tibbi yardım göstərilib — bu barədə guria.tv-yə klinikanın rəhbəri Davit Mdinaradze bildirib.

Yayılmış məlumata görə, həlak olan 16 yaşlı qız kəndə qonaq gəlibmiş.

Daxili İşlər Nazirliyi hadisə ilə bağlı Cinayət Məcəlləsinin 276-cı maddəsi (nəqliyyatın hərəkət təhlükəsizliyi və ya istismar qaydalarını pozma) üzrə istintaqa başlayıb.