Tbilisidə hündürmərtəbəli binada yanğın-VİDEO
XEBER.GE xəbər verir ki, Fövqəladə Halların İdarə Edilməsi Xidmətindən verilən rəsmi məlumata görə, yanğın binanın üçüncü mərtəbəsində yerləşən mənzillərdən birinin eyvanında qeydə alınıb.
Hadisə yerinə dərhal Fövqəladə Halların İdarə Edilməsi Xidmətinin yanğınsöndürən-xilasedici briqadaları cəlb olunub:
"Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində eyvanda başlayan yanğın dərhal lokallaşdırılıb və qısa müddətdə tamamilə söndürülüb. Alovun mənzilin daxilinə və digər mərtəbələrə keçməsinin qarşısı alınıb", — deyə qurumdan bildirilib.
Hadisə nəticəsində şans əsərindən heç kim xəsarət almayıb. Yanğının başvermə səbəbləri araşdırılır.