Batum bulvarında dava: İki kişi bıçaq və şüşə qırıntıları ilə yaralandı
Batumun köhnə bulvarında düşən mübahisə nəticəsində iki kişi yaralanıb.
XEBER.GE xeber verir ki,
Nəşrin bildirdiyinə görə, gənc kişilər arasında qarşıdurma yaranıb; bu zaman onlardan biri digərinə şüşə qırıntıları ilə xəsarət yetirib, ikincisi isə birinciyə qarşı bıçaqdan istifadə edib
Yaralılar müalicə olunmaq üçün klinikaya aparılıb.
Daxili İşlər Nazirliyinin bəyanatına əsasən, baş vermiş hadisə ilə bağlı istintaq Cinayət Məcəlləsinin 120-ci maddəsi (sağlamlığa qəsdən yüngül xəsarət yetirmə) üzrə aparılır.