Tbilisidə 10 gündən artıqdır ki, hindistanlı tələbə axtarılır — bu barədə məlumatı Qafqaz Beynəlxalq Universiteti yayır
Xeber.ge xəbər verir ki, axtarış tədbirlərinə polis də cəlb olunub.
"15 may 2026-cı il tarixində Qafqaz Beynəlxalq Universitetinə CIU-nun Tibb fakültəsinin tələbəsi Dvanit Racdipin (Dhvanit Rajdeep, Hindistan) itkin düşməsi faktı ilə bağlı məlumat daxil olub.
Məlumat daxil olan kimi, universitet rəhbərliyi dərhal 112 xidməti ilə əlaqə saxlayaraq tələbənin itkin düşməsi barədə məlumat verib. Hüquq-mühafizə orqanlarının izahatına görə, elə həmin gün cinayət işi açılıb və aktiv şəkildə istintaq tədbirləri həyata keçirilir.
Universitet ilk gündən istintaqla sıx əməkdaşlıq edir, bütün lazımi məlumatları təqdim edir, eyni zamanda itkin düşmüş tələbənin ailəsi və Hindistanın Gürcüstandakı səfirliyi ilə daimi əlaqə saxlayır.
Son məlumatlara görə, cari ilin 14 may tarixində, saat 15:30-da Dvanit Racdip Qafqaz Tibb Mərkəzinin (Tbilisi, Saburtalo) yaxınlığındakı ərazidə görülüb.
Xahiş edirik, əlinizdə hər hansı bir məlumat olarsa, dərhal hüquq-mühafizə orqanları ilə (112) əlaqə saxlayasınız və ya universitetin aşağıdakı nömrələrinə zəng edəsiniz: +995 591 114 577 +995 551 546 642 - deyə bəyanatda bildirilir.