Gürcüstan sərhədçiləri Tunisdə "Phoenix Express" təlimlərində iştirak ediblər
Gürcüstan Daxili İşlər Nazirliyinin sərhəd polisinin sahil mühafizəsi zabitləri ABŞ Afrika Komandanlığı (AFRICOM) tərəfindən təşkil edilən "Phoenix Express" beynəlxalq təlimində iştirak ediblər.
Dördgünlük dəniz təlimi ABŞ səfirliyinin Müdafiə Əməkdaşlıq Xidmətinin koordinasiyası altında Tunisdəki təlim mərkəzində keçirilib.
"Phoenix Express" beynəlxalq dəniz təlimi ABŞ, Afrika tərəfdaşları, müttəfiqləri və beynəlxalq təşkilatların dəniz və hüquq-mühafizə qüvvələri arasında qarşılıqlı fəaliyyəti gücləndirməyi hədəfləyir. Təlimdə NATO prosedurlarına, terminologiyasına və dəniz təhlükəsizliyinin idarə edilməsi modelinə xüsusi diqqət yetirilib. Təlim dəniz əməliyyatlarına, effektiv məlumat mübadiləsinə və əlaqələndirilmiş patrul xidmətlərinə yönəlib ki, bu da dəniz təhlükəsizliyinin gücləndirilməsinə və regionda əməkdaşlığın dərinləşməsinə töhfə verir", - bəyanatda qeyd olunub.
Təlimə 12 ölkənin və beynəlxalq təşkilatın nümayəndələri qatılıb.
mənbə: report