Gürcüstandan İrana avtoixrac rekord vurub
XEBER.GE xeber verir ki, Milli Statistika Xidmətinin məlumatına görə, yanvar-iyul aylarında Gürcüstandan İrana 119 milyon dollar dəyərində 6 749 avtomobil ixrac edilib.
Müqayisə üçün qeyd edək ki, 2025-ci ilin eyni dövründə avtoixrac cəmi 7 avtomobil təşkil edirdi ki, bunun da dəyəri 151 min dollar olub. Müvafiq olaraq, bu il məbləğ baxımından İrana avtoixrac 78 458% artıb.
Bu göstərici ilə İran ilk dəfə olaraq Gürcüstanın avtoixrac reytinqində Qırğızıstan və Qazaxıstandan sonra üçüncü yeri tutub.
Məlumat üçün bildirək ki, İrana avtoixrac 2026-cı il fevralın 28-dən, yəni ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlara başlamasından sonra fəallaşıb.