Kobaxidzenin sözlərinə görə, “yeni komandanın seçilməsində əsas meyar vicdandır

“Gürcü Arzusu” hökumətinin baş naziri İrakli Kobaxidze bildirir ki, komandanın yeni üzvlərinin seçilməsində əsas meyar vicdanlılıqdır. O, Parlamentdəki illik hesabat zamanı bu mövzuya geniş yer ayırmadı.
“Korrupsiyaya qarşı tamamilə barışmaz olacağıq – bu, yeni komandanın seçilməsində əsas meyarlardan biridir. Əsas olan vicdanlılıqdır. Ümumiyyətlə, kadr qərarları haqqında danışarkən iki meyara üstünlük verilir: vicdanlılıq və iş bilikləri, peşəkarlıq. Lakin vicdanlılıq birinci yerdə gəlir, çünki peşəkarlığı öyrənmək mümkündür, amma işə vicdansız yanaşan insan üçün peşəkarlığın heç bir dəyəri yoxdur”, – deyə Kobaxidze bildirib.
O, konkret olaraq kimləri nəzərdə tutduğunu açıqlamayıb. Lakin üç gün öncə hökumətdə dəyişiklik baş verib: iqtisadiyyat naziri dəyişdirilib – Levan Davitaşvilinin yerinə onun müavini Mariam Kvrivişvili təyin olunub.
Bundan bir qədər əvvəl, iyunun 21-də isə məlum olub ki, Dövlət Təhlükəsizliyi Xidməti iqtisadiyyat nazirinin keçmiş müavini Romeo Mikautadzeni vəzifə səlahiyyətlərindən sui-istifadə və milyonlarla larinin qanunsuz gəlir kimi leqallaşdırılması ittihamı ilə saxlayıb.
Levan Davitaşvili isə nazir postunu Mikautadzenin saxlanılmasından üç gün sonra tərk edib. Romeo Mikautadze 2021-ci ildən iqtisadiyyat nazirinin müavini, 2022-ci il dekabrın 30-dan isə birinci müavin vəzifəsində çalışırdı. O, bu vəzifəni 2024-cü il fevralın 11-dək davam etdirib və həmin dövrdə Davitaşvilinin müavini olub.
23 iyun tarixində jurnalistlər İrakli Kobaxidzedən soruşublar ki, Levan Davitaşvili Romeo Mikautadze işi üzrə dindirilibmi. Baş nazir cavabında bildirib ki, Davitaşvilinin dürüstlüyünə heç bir şübhəsi yoxdur.
mənbə: marneulifm