Gürcüstan-Rusiya yolu bağlandı

Apr 9, 2025 - 10:37
 0  59
Gürcüstan-Rusiya yolu bağlandı

Gürcüstan Ətraf Mühit üzrə Milli Agentliyin məlumatına görə, beynəlxalq əhəmiyyətə malik Mtsxeta–Stepantsminda–Larisi avtomobil yolunun Gudauri (Post)–Kobi hissəsində yüksək səviyyəli qar uçqunu təhlükəsi mövcuddur.

Bu barədə məlumatı Gürcüstan Avtomobil Yolları Departamenti yayıb.

Belə ki, bu səbəbdən, yolun həmin hissəsində bütün növ nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq dayandırılıb.

Agentliyin əlavə məlumatına əsasən, Mleta–Gudauri və Stepantsminda–Larisi hissələrində nəqliyyat yalnız dayanmadan keçid rejimində hərəkət edə bilər.

mənbə: Interpress