Vazisubanda faciə: Qadın yanğında yanıb öldü-VİDEO

Jul 5, 2026 - 20:48
 0  11

Vazisubanda çoxmərtəbəli binanın 10-cu mərtəbəsində güclü yanğın nəticəsində bir qadın həlak olub.

Hadisə zamanı mənzildə qardaş və bacı olub. Məlumata görə, kişi özünü xilas edə bilib, lakin bacısını çıxarmaq mümkün olmayıb. Qadının səhhəti imkan vermədiyindən hərəkət edə bilməyib.

XEBER.GE xeber  verir ki, yanğın zamanı binada güclü tüstü olub, sakinlər nəfəs almaqda çətinlik çəkiblər. Mənzildə yaşayanları xilasedicilər binadan çıxarıblar.

Qardaş “Pirveli tv”lə söhbətində hadisəni belə xatırlayıb:

“Maddi yanğın idi. İkimiz idik. Ona deyirdim “çıx, çıx!” Amma çıxmadı. Qorxurdum ki, qonşular panikaya düşməsin. Çıxmadı, qapını içəridən bağladı və dedi ki, məni tək qoy...”

Hazırda hadisə yerində yanğınsöndürən və xilasetmə qrupları, həmçinin istintaq qrupları işləyir. Ekspert-kriminalistlər yanğının səbəbini müəyyənləşdirirlər.