Tiflisdə aksiya: müxalifət əsas tələbini elan etdi

Oct 28, 2024 - 22:04
 0  67
Tiflisdə aksiya: müxalifət əsas tələbini elan etdi

“Birlik – Milli Hərəkat” partiyasının liderlərindən biri Georgi Vaşadze Gürcüstanda seçkilərin beynəlxalq seçki administrasiyası tərəfindən keçirilməsini tələb edir.

Bu barədə Gürcüstanın “Birinci Kanal”ı məlumat yayıb.

Belə ki, Georgi Vaşadze parlamentin yaxınlığında keçirilən hazırkı mitinqdə bir sıra qərarlardan, o cümlədən mandatlardan imtina və siyahıların ləğvindən danışıb. Eyni zamanda, Vaşadze qeyd edib ki, onlar heç bir danışıqlara girmək və ya dialoq aparmaq niyyətində deyillər.

O qeyd edib ki, yeganə danışıqlar və razılaşma beynəlxalq administrasiya tərəfindən aparılacaq yeni seçkilərlə bağlı olmalıdır:

“Birincisi, siz də, biz də bu seçkiləri qeyri-legitim kimi tanıyırıq; ikincisi, biz nəinki bu parlamentə daxil olmaq fikrindəyik, həm də bütün mandatlardan imtina edirik və siyahıları bağlayırıq; üçüncüsü, qələbəyə qədər mübarizə aparacağıq və sizə söz verirəm, birlikdə qalib gələcəyik; dördüncüsü, bizim çox konkret xahişimiz var ki, seçkilər yenidən keçirilsin, lakin onlar beynəlxalq seçki administrasiyası tərəfindən keçirilsin”.

mənbə: axar