Tbilisidə qəbiristanlıq yanğını lokallaşdırıldı-VİDEO

Jul 5, 2026 - 18:30
 0  12

Tbilisinin Zəngi dənizi qəsəbəsində, qəbiristanlıq ərazisində çıxan güclü yanğın likvidə edilib. Fövqəladə Halların İdarə Olunması Xidmətinin əməkdaşları hazırda tüstüləyən ocaqları söndürməyə davam edir.

XEBER.GE xeber  verir ki, yanğın təxminən iki saat əvvəl qəbiristanlıq ərazisində, yaşayış massivinə yaxın yerdə başlamışdı. Hadisə nəticəsində xəsarət alanlar barədə məlumat yayılmayıb.

Yanğının səbəbi hələ dəqiqləşdirilməyib. Əsas versiyalardan biri vətəndaşların ehtiyatsızlığı, o cümlədən siqaret kötüyünün atılmasıdır.

Yerli sakinlərin sözlərinə görə, yanğın sürətlə yayılıb, külək də buna kömək edib. Ərazi çox çətin keçilən yer olduğundan söndürmə işləri bir qədər gecikib.

Buna baxmayaraq, yanğınsöndürənlər və xilasedicilər vaxtında çatıb. Bəziləri qəbiristanlıqdan, bəziləri ərazidən gəlib.

50 nəfər yerli sakin könüllü olaraq əlləri ilə yanğını söndürməyə çalışıb. Yanğın bir evə çox yaxın idi və böyük təhlükə var idi ki, yaşayış massivinə keçsin. Yanğınsöndürənlər ərazini su ilə isladaraq odun yayılmasının qarşısını alıblar.