Gürcüstanda zəlzələ olub

Dec 18, 2025 - 14:10
 0  42
Gürcüstanda zəlzələ olub

Gürcüstanda 3,8 maqnitudalı zəlzələ baş verib.

Bu barədə Gürcüstanın Seysmoloji Monitorinq Milli Mərkəzindən bildirilib.

Yeraltı təkanlar Tbilisi vaxtı ilə saat 13:26-da qeydə alınıb. Zəlzələnin episentri Mtsxeta şəhərindən 5 kilometr qərbdə, Dzeqvi kəndi yaxınlığında olub.

Zəlzələ paytaxt Tbilisidə də hiss olunub.

mənbə: apa