TikTok-da canlı yayımda iki yaşlı uşağı döyən nənə saxlanıldı

Sep 1, 2025 - 20:32
 0  17

Kutaisidə TikTok canlı yayımı zamanı iki yaşlı uşağı döyən nənə tutulub.

Sosial şəbəkələrdə yayılan görüntülər uşağın yeməklə dolu boşqab götürməsindən sonra qadının nəvəsini vurduğunu əks etdirir.

Vətəndaş fəalı Beka Kvaçantiradze videoya baxdıqdan sonra hadisə ilə bağlı polisə müraciət edib.  

Uşağın nənəsi Cinayət Məcəlləsinin 126-cı maddəsi, yəni yetkinlik yaşına çatmayan ailə üzvünə qarşı zorakılıq maddəsi ilə saxlanılıb.

mənbə: interpress