Almaniyada 12 Gürcüstan vətəndaşı həbs edilib
 
                                , 
Xeber.ge xəbər verir ki, 
Alman mətbuatının məlumatına görə, Baden-Vürtemberq, Hamburq və Berlində ümumilikdə 6 obyektdə axtarış aparılıb və 12 nəfər həbs edilib.
Reydlər iki yaşayış evi, üç anbar və bir əlavə obyektdə keçirilib və əməliyyatda 200-ə yaxın alman polisi iştirak edib.
İstintaqın məlumatına görə, yaşı 27-dən 54-ə qədər olan iki kişi və bir qadın olan Gürcüstan vətəndaşları Almaniyada qrup yaradaraq, digər gürcülərdən oğurlanmış əşyaları alıb, sonra onları İtaliya və Gürcüstana göndəriblər.
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
                                                                                                                                             
                                                                                                                                             
                                                                                                                                             
                                             
                                             
                                             
                                             
                                            