Terrorizm Afrikaya on il ərzində 171 milyard dollar ziyan vurub

Oct 24, 2024 - 11:14
 0  7
Terrorizm Afrikaya on il ərzində 171 milyard dollar ziyan vurub

Son on il ərzində Afrikada baş verən terror aktlarının qitəyə vurduğu iqtisadi ziyan 171 milyard dollar olub.

Xeber.ge xəbər verir ki, bu barədə Mərakeşin Afrika İttifaqı və BMT-nin Afrika İqtisadi Komissiyası (UNECA) yanında daimi nümayəndəsi Məhəmməd Arruşi məlumat verib.

Onun sözlərinə görə, Afrika qitədə sığınacaq tapan xarici terrorçuların fəaliyyətlərinin nəticələrini öz gücü ilə ödəmək məcburiyyətində qalıb.

“Qitədəki terror qruplarının fəaliyyəti böyük dağıntılara, əhalinin kütləvi şəkildə köç etməsinə və çoxsaylı insan tələfatına səbəb olub," - deyə Arruşi əlavə edib.

mənbə: trend