İlahi mesaj: Quranda zalımların aqibəti

Oct 24, 2024 - 11:41
 0  6
İlahi mesaj: Quranda zalımların aqibəti

Zalımlar dünya həyatında nə vaxt susasalar, səslənərdilər, qulluqçular onlara hər cür içəcək təqdim edərdilər, "amma cəhənnəmdə su istəyəndə onlara mis kimi əridilmiş (və) üzləri bişirən bir su gətirərlər!"

Mütəal Allah bəşəri hidayət etmək üçün səmavi kitablar göndərib. Onların sonuncusu Qurandır. Allah-taala digər səmavi kitablarda olduğu kimi Quranda da bəndələrinə bir çox mesajlar verir. Bizim vəzifəmiz odur ki, ayələrdəki bu ilahi mesajları anlayıb və həyatımızda icra edək.
O ilahi mesajlardan biri də budur ki, heç bir halda zülm etməməli və zalım olmamalıyıq. Çünki zalım olan insanı faciəli bir aqibət gözləyir. Necə ki, "Kəhf" surəsində buyurulur:
«وَقُلِ الْحَقُّ مِنْ رَبِّكُمْ ۖ فَمَنْ شَاءَ فَلْيُؤْمِنْ وَمَنْ شَاءَ فَلْيَكْفُرْ ۚ إِنَّا أَعْتَدْنَا لِلظَّالِمِينَ نَارًا أَحَاطَ بِهِمْ سُرَادِقُهَا ۚ وَإِنْ يَسْتَغِيثُوا يُغَاثُوا بِمَاءٍ كَالْمُهْلِ يَشْوِي الْوُجُوهَ ۚ بِئْسَ الشَّرَابُ وَسَاءَتْ مُرْتَفَقًا»
"Və de: Haqq sizin Rəbbiniz tərəfindən olandır. Buna görə də istəyən iman gətirsin, istəyən küfr etsin. Şübhəsiz, Biz zalımlar üçün elə bir atəş hazırlamışıq ki, pərdələri onları əhatə edəcəkdir. Və əgər (susuzluğun şiddətindən) imdada çağırsalar, mis kimi əridilmiş (və) üzləri bişirən bir su ilə dadlarına çatılar. Necə də pis içkidir və necə də pis bir məkandır!" (Kəhf, 29).
Bu ayədə bizi verilən mesaj budur ki, firavan və məftunedici həyatları və bəzəkləri ilə Salmanların və Əbuzərlərin paltarlarına istehza ilə gülümsəyən bu dünya zalımlarının sonu pis və qaranlıqdır.
Ayə, iman gətirmələri üçün şərt qoyanlara cavab verir. Onlar Peyğəmbərə (ə) bizim iman gətirməyimizin şərti odur ki, yoxsulları özündən uzaqlaşdırasan deyirdilər. İnsanlar iman və ya küfrü seçməkdə sərbəst olsalar da, bilməlidirlər ki, küfrün sonu Qiyamət gününün yandırıcı əzabıdır.
Əgər "ətədna lil kafirin" demək əvəzinə, "ətədna liz-zalimin” demişsə, başa salmaq istəyir ki, sözügedən cəza zalımların zülmünün nəticələrindəndir. Necə ki, "Əraf" surəsinin 45-ci ayəsində buyurur:  
«الَّذِينَ يَصُدُّونَ عَنْ سَبِيلِ اللَّهِ وَيَبْغُونَهَا عِوَجًا وَهُمْ بِالْآخِرَةِ كَافِرُونَ»
"Zalımlar o kəslərdir ki, (camaatı) Allahın yolundan döndərir, o yolun əyriliyini istəyir (onu əyri göstərir) və axirət gününü inkar edirdilər".
Bəli! Zalımlar dünya həyatında nə vaxt susasalar, səslənərdilər, qulluqçular onlara hər cür içki təqdim edərdilər, "amma cəhənnəmdə su istəyəndə onlara mis kimi əridilmiş (və) üzləri bişirən bir su gətirərlər!".
Beləliklə, Mütəal Allah bütün bəşəriyyətə bu mesajı verir ki, çalışın bu dünyada zalım olmayın. Çünki Allah zalımları sevmir və onlar üçün şiddətli və qorxulu əzab hazırlayıb.

mənbə: iqna