Kobaxidze Ukraynadakı münaqişənin 2025-ci ilin ortalarına qədər bitəcəyini deyib

Oct 24, 2024 - 10:56
 0  16
Kobaxidze Ukraynadakı münaqişənin 2025-ci ilin ortalarına qədər bitəcəyini deyib

Gürcüstan hökuməti Ukraynadakı döyüşlərin ən geci 2025-ci ilin ortalarında bitəcəyini gözləyir.

Bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze deyib.

"Konkret məntiqi nəticələr çıxarmağa imkan verən müxtəlif məlumatlar var. Bunlar şifahi söhbətlər deyil. Düşünürük ki, müharibənin yanvarda, maksimum gələn ilin ortalarında başa çatması daha realdır. Hər şey bunu göstərir və biz də hansısa intuisiyaya deyil, konkret məlumatlara əsaslanaraq bunu deyirik.”, – Kobaxidze “Rustavi 2” telekanalına müsahibəsində deyib.

mənbə: apa