Qardaşının toyunda 24 yaşlı tələbəni öldürən şəxs saxlanıldı

Oct 28, 2026 - 12:57
 0  10
Qardaşının toyunda 24 yaşlı tələbəni öldürən şəxs saxlanıldı

24 yaşlı Quram Boykonun qəsdən öldürülməsi ilə bağlı polis əvvəllər məhkum olunmuş şəxsi saxlayıb.

XEBER.GE xeber  verir ki, Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, hadisə oktyabrın 27-də Lisi kəndində yerləşən restoranlardan birinin yaxınlığında baş verib. Mübahisə zamanı təqsirləndirilən şəxs gənc kişinin döş qəfəsinə soyuq silahla xəsarət yetirərək hadisə yerindən qaçıb.

Yaralı kişi xəstəxanaya aparıldıqdan qısa müddət sonra vəfat edib.

Şübhəli Kaxeti bölgəsinin Siğnaği rayonunda keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb. Polis cinayətdə istifadə edilən bıçağı maddi sübut kimi götürüb.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 108-ci maddəsi ilə istintaq aparılır. Həmin maddə 15 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

“Pirveli” telekanalının məlumatına görə, qətl “Lisi Mere” restoranının yaxınlığında baş verib. Qardaşının toyunda öldürülən tələbənin cənazəsi ailəsinin yaşadığı Siğnaği bələdiyyəsinin Tsno ri şəhərinə aparılıb.

Mərhumun yaxınlarının sözlərinə görə, toy məclisində iki gənc qrupu arasında mübahisə yaranıb və qarşıdurma restoranın qarşısında davaya çevrilib. Quram Boyko tərəfləri ayırmağa çalışarkən saxlanılan şəxs onun ürəyindən bıçaqlayıb.