Hökumətdən gənclərə yeni dəstək proqramı

Jul 27, 2026 - 19:09
 0  11
Hökumətdən gənclərə yeni dəstək proqramı
: :
playing

Gürcüstan Hökumət Administrasiyasının rəhbəri Levan Jorjoliani dövlət qulluğunda gənclər üçün yaradılan yeni imkanlarla bağlı vacib bəyanatla çıxış edib. Onun sözlərinə görə, 1 sentyabr tarixindən itibaren dövlət qurumlarında təxminən 3 000 ödənişli təcrübə vakansiyası elan olunacaq.

 XEBER.GE xəbər verir ki, hökumət administrasiyasının rəhbəri dövlət sektoruna yeni nəslin və kadrların cəlb olunmasının prioritet məsələ olduğunu vurğulayıb.

 Levan Jorjoliani ötən ilki proqramın uğurlu nəticələrini xüsusi qeyd edib:

"Keçən il təcrübə proqramında iştirak edənlərin təxminən 50%-i ya təcrübə müddətini uzadıb, ya da təcrübə keçdiyi dövlət qurumunda daimi işlə təmin olunub."

 Hökumət Administrasiyası rəhbərinin sözlərinə görə, bu təşəbbüs Baş nazirin ideyasıdır və gənclərin inkişafına yönəlib:

Proqram vasitəsilə motivasiyalı gənclər dövlət qurumlarına gələrək təcrübə qazanır, ixtisaslarını artırır və ölkələrinə xidmət edirlər.

Bələdiyyələrdən təcrübə proqramı üzrə kvotaları artırmaq xahiş olunub ki, daha çox gənc öz doğma regionunda ödənişli təcrübə keçmək imkanı əldə etsin.

Dövlət qulluğunda qazanılan bilik və təcrübə gənclərə həyatın bütün mərhələlərində, o cümlədən özəl biznesdə də böyük üstünlük təmin edir.