Gürcüstanda 21.5 milyon larilik çirkli pul əməliyyatı

Jul 27, 2026 - 13:10
 0  17
Gürcüstanda 21.5 milyon larilik çirkli pul əməliyyatı
: :
playing

Gürcüstan Baş Prokurorluğu xüsusilə külli miqdarda çirkli pulların faktı üzrə 4 xarici ölkə vətəndaşı və 5 hüquqi şəxsə qarşı cinayət təqibinə başlayıb.

 XEBER.GE xəbər verir ki, bu barədə məlumatı Prokurorluğun İstintaq Hissəsinin rəis müavini Beka Kvitsiani keçirdiyi brifinqdə bəyan edib.

Prokurorluqda aparılan genişmiqyaslı istintaq tədbirləri nəticəsində cinayət sxeminin detayları aşkar olunub:

Təqsirləndirilən şəxslər maddi mənfəət əldə etmək məqsədilə xarici ölkələrdə törətdikləri cinayətlərdən əldə olunan vəsaitləri leqallaşdırmaq üçün Gürcüstanda real sahibkarlıq fəaliyyəti niyyəti olmadan şirkətlər təsis ediblər.

Saxta sənədlər və fikdiv təyinatlar göstərməklə xaricdən Gürcüstandakı şəxsi və hüquqi şəxslərin bank hesablarına qanunsuz və mənşəyi əsaslandırılmayan 21.5 milyon lari ekvivalentində müxtəlif valyutalarda vəsait köçürüblər.

Toplanan pulların bir hissəsini yenə saxta sənədlərlə xaricə transfer etsələr də, böyük hissəsi istintaq çərçivəsində dondurulub.

Təxminən 14 milyon lari ekvivalentində xarici valyuta və 1 milyon laridən çox dəyərdə daşınmaz əmlak dondurulub və müsadirə olunması üçün hüquqi prosedurlar başladılıb.

Prokurorluq təqsirləndirilən şəxslər barəsində qiyabi həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə müraciət edəcək və həbs qərarından sonra onlar barəsində rəsmi axtarış elan

Qanunsuz gəlirlərin leqallaşdırılması maddəsi üzrə nəzərdə tutulan cəzalar:

Fiziki şəxslər üçün: 9 ildən 12 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası;

Hüquqi şəxslər (şirkətlər) üçün: Ləğv edilmə (likvidasiya), fəaliyyət hüququndan məhrumetmə və ya böyük məbləğdə cərimə.

Prokurorluq bir daha bəyan edib ki, çirkli pulların yuyulmasına qarşı mübarizə qurumun əsas prioritetlərindən biridir və bu növ cinayətlərə qarşı kəskin cinayət-hüquq siyasəti həyata keçirilir.