Qardabanida hüquq-mühafizə orqanlar əvvəllər məhkum olunmuş şəxsi saxlayıblar

Oct 5, 2026 - 11:13
Oct 5, 2026 - 11:31
 0  13

Hüquq-mühafizə orqanları qəsdən adam öldürmə ittihamı ilə əvvəllər məhkum olunmuş şəxsi saxlayıblar.

XEBER.GE xeber  verir ki, DİN-in məlumatına görə, təqsirləndirilən şəxs qarşılıqlı mübahisə zəminində gənc kişiyə soyuq silahla xəsarətlər yetirib. Kişi hadisə yerində dünyasını dəyişib.

İstintaq Cinayət Məcəlləsinin 108-ci maddəsi ilə aparılır ki, bu da 15 ilə qədər müddətə azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.