Tbilisidə tanışının avtomobilini oğurlayan və qəza törədən şəxs saxlanılıb
Tbilisidə polislər oğurluq ittihamı ilə əvvəllər məhkum olunmuş şəxsi saxlayıblar.
XEBER.GE xeber verir ki, DİN-in məlumatına görə, təqsirləndirilən şəxs Tbilisidə tanışına məxsus avtomobilin açarını və pul kisəsini gizli şəkildə ələ keçirib. Daha sonra o, avtomobili dayanacaqdan çıxarıb və hadisə yerini tərk edib.
"Cinayəti törөtdikdən qısa müddət sonra təqsirləndirilən şəxs oğurlanmış avtomobillə yol-nəqliyyat hadisəsi törədib, maşını hadisə yerində tərk edərək qaçıb. Hüquq-mühafizə orqanları keçirilmiş əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində kişini isti izlərlə saxlayıblar. Oğurlanmış avtomobil və pul kisəsi maddi sübut kimi götürülüb" - deyə DİN bildirir.
İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 177-ci maddəsi ilə aparılır ki, bu da 10 ilə qədər müddətə azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.