İmeretidə 67 yaşlı qohumun 11 yaşlı qıza qarşı cinsi qısnaması ilə bağlı xəbər yayıldı

Aug 23, 2026 - 13:03
 0  7
İmeretidə  67 yaşlı qohumun 11 yaşlı qıza qarşı cinsi qısnaması ilə bağlı xəbər yayıldı
: :
playing

11 yaşlı qızın anası bildirir ki, 67 yaşlı qohumu onun 12 yaşına çatmamış övladına qarşı cinsi taciz edib.

XEBER.GE xeber  verir ki,  "Info Imereti"nin məlumatına görə, hadisə İmereti regionunun bələdiyyələrindən birində baş verib.

Nəşrin anaya istinadən yazdığına görə, kişi yeniyetməyə evdə heç kimin olmadığına əmin olduqdan sonra zəng edirmiş. Şübhəli söhbət haqqında qız anasına danışıb. Sübut toplamaq və uşağın dediklərini təsdiqləmək məqsədilə ana övladına evdə tək olduğunu dedizdirib, bundan sonra kişi azyaşlıya zəng edib, valideyn isə danışığı videoya/səsə yazaraq qeydə alıb.

Ailə video sübutu artıq hüquq-mühafizə orqanlarına təqdim edib.

Kişinin saxlanılıb-saxlanılmadığı hələlik məlum deyil. Ailə onun qanunun bütün sərtliyi ilə cəzalandırılmasını tələb edir.