Delisi metrosu yanında uşaqları dilənməyə məcbur edən kişi ilə bağlı polis araşdırmaya başladı

Aug 23, 2026 - 13:18
Aug 23, 2026 - 13:19
 0  6

Polis sosial şəbəkələrdə böyük rezonans doğuran və sürətlə yayılan kadrlar üzrə araşdırmaya başlayıb. Çoxsaylı vətəndaşların iddiasına görə, Tbilisinin mərkəzində bir kişi azyaşlı uşaqları dilənməyə məcbur edir, metronun pilləkənlərindən qalxdıqda isə onlar fiziki zorakılığa məruz qalırlar. Sosial şəbəkələrdə foto və video materiallar paylaşılır, istifadəçilər uşaqlara qarşı ehtimal olunan bu zorakılığın şəxsən şahidi olduqlarını yazırlar.

XEBER.GE xeber  verir ki, məlumata görə, hadisə insanların sıx olduğu yerdə — Delisi metro stasiyası yaxınlığında baş verir, harada ki, müşahidə kameraları da quraşdırılmalıdır.

"TVPirveli" kanalı bu gün məhz həmin əraziyə yollanıb, lakin ehtimal olunan zorakılıqda ittiham edilən kişi kameraları görən kimi ərazini tərk edib.

Ərazidə işləyən insanlar "TVPirveli"yə bildiriblər ki, kişinin balaca uşaqlarla necə dalaşdığının dəfələrlə şahidi olublar: "Bir neçə dəfə burada olublar, bu kişi daim bu uşaqlarla dalaşır... Uşaqlar çox balacadırlar, təxminən 3–5 yaşlarında olarlar. Kimdən soruşsanız, hamı deyəcək ki, gürcü deyildilər. Bir çoxu buna görə onlara irad bildirdi, amma xeyri olmadı", — deyə bir vətəndaş bildirir.

"TVPirveli" həmin ərazidə xidmət aparan polis əməkdaşı ilə də həmsöhbət olub. Hüquq-mühafizəçi heç nə eşitmədiyini, əgər bilsəydi, mütləq reaksiya verəcəyini deyib: "Görməmişəm, əgər görsəydim, mütləq reaksiya verərdim və verəcəyəm də", — deyə polis əməkdaşı bildirib.

Polisdən bildirilib ki, faktla bağlı araşdırma başlayıb. İstintaq əslində nə baş verdiyini, kadrlardakı kişinin kim olduğunu və onun həqiqətən uşaqları dilənməyə məcbur edib-etmədiyini müəyyən etməlidir.