Tbilisidə 45 yaşlı şəxs mənzilində ölü tapılıb
Gürcüstanın paytaxtı Tbilisidə bədbəxt hadisə qeydə alınıb.
Xeber.ge xeber verir ki,
Məlumata görə, yaxınları həmin şəxslə əlaqə saxlaya bilmədikləri üçün vəziyyəti öyrənmək məqsədilə onun evinə yollanıblar və orada dəhşətli mənzərə ilə qarşılaşıblar.
Bildirilir ki, mərhum Tbilisidə müvəqqəti olaraq işləmək məqsədilə məskunlaşıbmış. Hazırda ölümün dəqiq səbəbləri məlum deyil.
Meyit artıq dəfn edilmək üçün Senaki rayonuna aparılıb. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.