Qardabani rayonunda baş vermiş qətl ilə bağlı yeni detallar məlum olub

Feb 7, 2026 - 16:39
 0  42
Qardabani rayonunda baş vermiş qətl ilə bağlı yeni detallar məlum olub

Qardabani rayonunda baş vermiş qətl hadisəsi ilə bağlı yeni və sarsıdıcı detallar məlum olub. Prokurorluğun yaydığı son məlumata görə, saxlanılan şəxs qeyri-rəsmi nikahda olduğu həyat yoldaşına qarşı sistemli şəkildə psixoloji və fiziki təzyiq göstərib.

Xeber.ge xeber  verir ki, istintaq müəyyən edib ki, təqsirləndirilən şəxs qadının təhsil almasını məhdudlaşdırıb, onun başqa insanlarla ünsiyyət qurmasını və işləməsini qadağan edib. Həmçinin qadının ölkəni tərk etməsinin qarşısını almaq məqsədilə onun pasportunu qəsdən zədələyərək yararsız hala salıb.

Daha bir qorxunc detal isə budur ki, kişi qadını izləmək üçün evin müxtəlif yerlərinə gizli kameralar quraşdırıb. Bu yolla o, həyat yoldaşının hər bir addımını gizlicə nəzarətdə saxlayıb.

Bu gün saxlanılan şəxsə qarşı rəsmi ittiham irəli sürülüb. Cinayətin ağırlığını və ailə üzvünə qarşı törədildiyini nəzərə alaraq, onu 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzası gözləyir.