Gürcüstanda etiraz aksiyaları zamanı 150-dən çox polis əməkdaşı yaralanıb
Gürcüstanda etiraz aksiyaları zamanı 150-dən çox polis əməkdaşı yaralanıb.
Bunu Gürcüstanın daxili işlər nazirinin müavini Aleksandr Daraxvelidze bildirib.
“Etirazlarda zorakı qruplar “Molotov kokteylləri” adlanan pirotexniki vasitələrdən fəal şəkildə istifadə ediblər, onlar müxtəlif əşyalarla, o cümlədən dəmir və taxta dəyənəklərlə silahlanıblar”, - Daraxvelidze vurğulayıb.
Onun sözlərinə görə, parlamentin binası yaxınlığında baş vermiş iğtişaşlar zamanı 60-a yaxın mağaza sındırılıb və soyulub.
mənbə: report