Kvemo Kartlidə həm kəndlisini bıçaqlayan şəxs saxlanıldı

Jul 2, 2026 - 15:12
 0  18
Kvemo Kartlidə həm kəndlisini bıçaqlayan şəxs saxlanıldı

Kvemo Kartli bölgəsində məişət zəminində baş verən mübahisə qanlı cinayətlə nəticələnib. Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, bir şəxs aralarında yaranan qarşıdurma zamanı həmkəndlisinə soyuq silahla ağır xəsarətlər yetirib.

XEBER.GE xəbər verir ki, hadisə yerinə dərhal hüquq-mühafizə orqanlarının əməkdaşları və təcili tibbi yardım briqadası cəlb olunub.

Bıçaqlanan şəxs təcili olaraq xəstəxanaya yerləşdirilib və ona müvafiq tibbi yardım göstərilib.

Polis tərəfindən keçirilən operativ tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən bir şəxs qəsdən sağlamlığa ağır zərər vurma ittihamı ilə saxlanılıb.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 117-ci (Sağlamlığa qəsdən ağır zərər vurma) maddəsi ilə istintaq aparılır. Bu maddə cinayəti törədən şəxs üçün 7 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.