Telavidə sərxoş sürücü tanışını avtomobillə qəsdən vurub
Gürcüstanın Kaxeti regionunda qəsdən sağlamlığa ağır zərər vurmaqda şübhəli bilinən şəxs saxlanılıb.
Xeber.ge xəbər verir ki,
İstintaqla müəyyən edilib ki, Telavi şəhərində spirtli içkinin təsiri altında olan təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə aralarında yaranmış münaqişə zəminində tanışı, 1993-cü il təvəllüdlü N.A.-nı qəsdən vurub. Hadisədən sonra sürücü nəqliyyat vasitəsi ilə ərazidən uzaqlaşıb.
Xəsarət alan şəxs dərhal xəstəxanaya yerləşdirilib, onun həyatı üçün təhlükə yoxdur.
Polis əməkdaşları tərəfindən keçirilən isti izlərlə əməliyyat nəticəsində şübhəli şəxs Telavi-Qvareli magistral yolunda qaçmağa çalışarkən saxlanılıb.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 117-ci maddəsi (sağlamlığa qəsdən ağır zərər vurma) ilə istintaq aparılır. Bu maddə üzrə saxlanılan şəxsi 7 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir.