Qardabanidə Hz. Fatimeyi Məsumənin (s.ə) təvəllüdü münasibəti ilə tədbir keçirilib
Qardabani Mərağa məscidinin Fatimeyi Zəhra (s.ə) Qadınlar Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirə rayon və kəndlərindən dəvət olunan inanclı xanımlar iştirak edib.
Qurani-Kərimdən ayələrin tilavəti ilə açıq elan olunan tədbirdə Qardabani ruhanilərindən Hacı Ramin İgidov və “Gürcüstan Müsəlman Qadınlar İcması”nın üzvləri Gülşən Nemətova, Leyla Qurbanova, Gülsəfa Məmmədova və Sevda Səfərova Hz. Fatimeyi Məsumənin (s.ə) həyatından, fəzilət və məqamından, ailə və qadınlara örnək olacaq həyat tərzindən geniş söhbətlər ediblər.
Bayram süfrəsi ətrafında, mənəvi abu həvada keçirilən tədbir dua oxunmaqla sona çatıb.