Kutaisidə bir nəfər qətlə yetirilib

Kutaisidə baş vermiş silahlı insident nəticəsində bir nəfər ölüb, iki nəfər isə yaralanıb.
Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatına görə, hadisə ilə bağlı əvvəllər məhkum olunmuş bir nəfər saxlanılıb.
Nazirliyin yaydığı məlumata əsasən, İmereti Polis Departamentinin Kutaisi Şəhər İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş operativ tədbirlər nəticəsində 1994-cü il təvəllüdlü, əvvəllər məhkum olunmuş U.B. iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd maddəsi ilə saxlanılıb. Cinayət 20 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.
İstintaqla müəyyən olunub ki, U.B. şəxsi mübahisə zəminində yaranan qarşıdurma zamanı 1978-ci il təvəllüdlü Z.F.-yə, 1975-ci il təvəllüdlü V.X.-ə və 1985-ci il təvəllüdlü Ş.S.-ə soyuq silahla müxtəlif bədən xəsarətləri yetirib və hadisə yerindən qaçıb.
Yaralılar xəstəxanaya yerləşdirilib, lakin Z.F. aldığı xəsarətlərdən qısa müddət sonra dünyasını dəyişib.
Polis qısa müddət ərzində U.B.-ni saxlayıb və cinayətdə istifadə olunan bıçaq maddi sübut kimi götürülüb.
Faktla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 19-109-cu maddəsi ilə – iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd – üzrə aparılır.
mənbə: interpress