“Gürcü Arzusu”nun keçmiş deputatı saxlanılıb

“Gürcü Arzusu”nun keçmiş deputatı və tanınmış veteran güləşçi Luka Kurtanidze saxlanılıb.
Bu barədə məlumatı Gürcüstan Daxili İşlər Nazirliyi yayıb.
Nazirliyin məlumatına əsasən, Kurtanidze ailədaxili zorakılıq və qoruyucu orderlə müəyyən olunmuş tələblərin pozulmasına görə saxlanılıb. Ona qarşı Gürcüstan Cinayət Məcəlləsinin 126¹ və 381¹-ci maddələri ilə ittiham irəli sürülüb.
İddialara görə, hadisə Kobuletidə baş verib. Onun keçmiş həyat yoldaşı Xatuna Mikatadze bildirib ki, Kurtanidze ona həm fiziki, həm də sözlü təhqirlər edib. Mikatadzenin bədənində xəsarət izləri aşkarlanıb.
Onun sözlərinə görə, Luka Kurtanidze barəsində məhkəmənin çıxardığı uzaqlaşdırma qərarı (qoruyucu order) mövcud idi və o, sabiq həyat yoldaşına yaxınlaşmaq hüququna malik deyildi.
Hazırda faktla bağlı istintaq davam edir.
mənbə: interpress